17:39 Oxunub: 223

Prezident məktəb tikintisinə 2 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident məktəb tikintisinə 2 milyon manat ayırdı - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Azerbaycaninsesi.com.az  xəbər verir ki, sərəncama əsasən, Kürdəmir şəhərində 5 nömrəli şəhər tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.
XƏBƏR LENTİ