15:53 Oxunub: 241

Milli Məclisə seçkilərin nəticələri ləğv edilə, seçki yenilənə bilər - AÇIQLAMA

Milli Məclisə seçkilərin nəticələri ləğv edilə, seçki yenilənə bilər - AÇIQLAMA

Fevralın 9-da baş tutmuş müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkilərinin nəticələri bir sıra narazılıqlarla yadda qalıb.

Seçkilərdə iştirak etmək üçün rekord sayda namizəd - 2431 nəfər müraciət edib. Həmçinin, rekord sayda - 1637 nəfərin namizədliyi qeydə alınıb. Lakin yanvarın 31-nə qədər olan dövrdə onlardan 312-si namizədliyini geri götürüb. Nəticədə, namizədlərin sayı 1325-ə enib. Bunlardan, 360 namizəd 19 siyasi partiyanı təmsil ediblər.

"Narazılıqlarla bağlı faktlar təsdiqini taparsa, seçki prosesi yenidən həyata keçirilə bilər".

Bunu Redaktor.az-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib:

“2015-ci il parlament seçkilərində Ağdaş seçki dairəsinin nəticələri ləğv olundu. 2016-cı ildə təkrar seçki keçirildi. İndi də şikayətlər var, faktlar təsdiqini taparsa, böyük ehtimal yenə də ləğv oluna bilər. Yəni, qanunvericilik buna imkan verir”
XƏBƏR LENTİ