16:05 Oxunub: 181

Dünya çempionumuz avtomobil qəzasında həlak oldu - Foto

Dünya çempionumuz avtomobil qəzasında həlak oldu - Foto

Azərbaycan idmanında daha bir itki yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan yığmasının keçmiş üzvü Sultan Nəsrullayev yol qəzasında həlak olub.

Hadisə Rusiyada yanvarın 25-də Moskva-Həştərxan magistralında baş verib. Bildirilir ki, qəza zamanı S.Nəsrullayevdən başqa üç nəfər də həyatını itirib.

Qeyd edək ki, 54 kq çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci ildə Macarıstanda yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb.

Dünya çempionumuz avtomobil qəzasında həlak oldu - Foto
XƏBƏR LENTİ