16:06 Oxunub: 318

"İkinci Zeynəb Xanlarova mənəm" - Mətanət Əsədova

"İkinci Zeynəb Xanlarova mənəm" - Mətanət Əsədova

“Bu dünyada ikinci Zeynəb Xanlarovayam mən. Məndən başqası yoxdur”.Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova “Zaurla Günaydın” verilişdə deyib. Bir müddətdir səsində problem yarandığını deyən ifaçı onu itirməkdən qorxduğunu söyləyib:
“Neçə vaxtdır efirlərdə yoxam. Bir veriliş var idi, soyuqdan mən orada bronxlarımdan möhkəm zədə aldım. Ondan sonra mən yaman yatdım. Həkim dedi ki, sən bir də bu bronxlarından soyuqlayıb mənim üstümə gəlmə. İndi əməliyyat olmalıyam. Səsimlə bağlı böyük bir proses var. O da çox ağır bir işdir. Allahdan yeganə arzum var. Eybi yoxdur, çox şeyləri mənə verməsin, alsın məndən. Amma səsimə dəyməsin".
XƏBƏR LENTİ