16:59 Oxunub: 214

Misirdə turistləri daşıyan avtobus qəzaya düşdü: Ölənlər var

Misirdə turistləri daşıyan avtobus qəzaya düşdü: Ölənlər var
Misirdə içində Hindistan, Malaziya və Çindən olan turistləri daşıyan avtobus yük maşını ilə toqquşub.

“Səda Əl-Bələd” xəbər agentliyi məlumat verir ki, qəza nəticəsində üçü xarici vətəndaş olmaqla, altı nəfər həlak olub, 20 turist isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata əsasən, hadisəyə səbəb yük maşınının təkərlərində yaranmış nasazlıq olub. Qəza Qırmızı dəniz sahillərində yerləşən çimərliklərin birinə aparan magistral yolda baş verib.
XƏBƏR LENTİ