17:22 Oxunub: 182

Postda dərman preparatı və kosmetik vasitələr aşkarlanıb

Postda dərman preparatı və kosmetik vasitələr aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 2 fakt üzrə dərman preparatları və kosmetik vasitələrin qanunsuz yollarla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Bizimyol.info xəbər verir ki, idarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumatlar əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri "Mercedes Benz Viano" və "Mercedes Benz Vito 111 CDİ" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

Yoxlama zamanı hər iki avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən və bəyan olunmayan 100 ədəd üzərində "Fenazepam 1 mq" adlı dərman preparatı və 45 ədəd müxtəlif markalı kremlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ