00:00 Oxunub: 180

Dekabrın 24-ü prezident İlham Əliyevin doğum günüdür

Dekabrın 24-ü prezident İlham Əliyevin doğum günüdür

O, güclüdür- rəqiblərinə baxanda bunu aydın görmək olur…

O, müdrikdir- işıqlı gələcəyə yol açır...

O, mərhəmətlidir- əfv etməyi bacarır…

Qazilərə, köçkünlərə, hərbçilərə ev verilir, üstəgəl avtomobillər- heç bir ölkənin rəhbəri bu səxavəti göstərməyib…

Böyük işlər görülür- yollar, körpülər, məktəblər, bağçalar, xəstəxanalar, salınan şəhərciklər buna bariz nümunədir…

Yaxşıları dəyərləndirmək asandır, pisləri cəzalandırmaq çətin- bilmir ki, bilmirlər baş aparır…

Hamının sevimlisi olmaq mümkün deyil- aramızda nadanlar, xəbislər, naşükürlər var…

Hamını sevmək də olmur- naxələf, namərd, satqın az deyil…

Müstəqilliyi qorumaq çətindir- şimal, cənub, şərq, qərb. Axı qonşuların hamısı dost deyil. Üzümüzə güləni də var, diş qıcıyanı da, arxadan vuranı da…

Heç bir rəhbərin əlində sehirli çubuq yoxdur- ölkə zaman-zaman dirçəlir, inkişaf edir…

Hər bir ölkəni təmsil edən simvollar var- himn, bayraq, gerb və prezident!

Bu simvolların canlısı, ən cavanı, prezident İlham Əliyevi 58 yaşı münasibəti ilə təbrik edir, ona yeni ildə möhkəm can sağlığı arzulayırıq.
XƏBƏR LENTİ