16:20 Oxunub: 314

Namizəd bələdiyyə seçkilərində “karusel” olduğunu bildirib

Namizəd bələdiyyə seçkilərində “karusel” olduğunu bildirib

29 saylı Səbayel Seçki Dairəsinin 5-ci seçki məntəqəsində bir qrup şəxs bələdiyyə seçkilərində səs vermək üçün yenidən səsverməyə buraxılır. Bu barədə həmin dairədə namizədliyini irəli sürmüş gənc fəal Elgiz Qəhrəman məlumat verib.

"Məntəqədə vətəndaşın səs verib-verməməsini yoxlayan xanım eyni adamı, hətta eyni qrupu təkrar səsverməyə buraxır. Gördü ki, mən pozuntunu qeyd etdim, bunu dayandırdı”, - E.Qəhrəman deyib.

29 saylı Səbayl Seçki dairəsinin dairə seçki komissiyasının sədri Cahangir Məmmədov Turan-a bildirib ki, məsələ araşdırılıb və məlumat təsdiqlənməyib.

"Veb kamera vasitəsilə həmin məntəqəni izləyirəm. Bu məlumat təxribat xarakterlidir”, - C.Məmmədov bildirib.
XƏBƏR LENTİ