10:30 Oxunub: 225

Bakının mərkəzində faciə - 2 nəfəri güllələdilər - YENİLƏNDİ

Bakının mərkəzində faciə - 2 nəfəri güllələdilər - YENİLƏNDİSəhiyyə Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Anews.az nazirliyə istinadən xəbər verir ki, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb. 22 dekabr saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

-----
Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

APA xəbər verir ki, hafisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət nişanlı "VAZ 2121” ("Niva”) markalı avtomobilində tapança ilə güllələnib.

Ona ümumilikdə üç güllə vurulub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
XƏBƏR LENTİ