23:23 Oxunub: 222

Tramp: “F-35” pilotları Tom Kruzdan daha yaraşıqlıdır

Tramp: “F-35” pilotları Tom Kruzdan daha yaraşıqlıdır

ABŞ Prezidenti Donald Tramp Miçiqandakı mitinqdə tərəfdarları qarşısında çıxış edərkən qəribə bənzətmədən istifadə edib.
“HaberGlobal”ın məlumatına görə, o, “F-35” pilotlarını 1986-cı ildə çəkilən “Top Gun” filmi ilə ulduzu parlayan Tom Kruzla müqayisə edib və pilotların ondan daha yaraşıqlı olduğunu söyləyib.

“Bizim “F-35”lərimiz var, sərgiləndikləri məkanların birində idim və pilotların yanına getdim. Aktyor agentliklərindəki kimidirlər. Doğrusu, Tom Kruzdan daha yaraşıqlıdırlar”, - prezident dilə gətirib.
“Üz olaraq eynidirlər, bəlkəı, daha yaxşıdırlar. Bədənləri daha iri və daha güclüdür, əminliklə deyə bilərəm ki, onunla yarışa bilərlər. Öz işlərinin peşəkarlarıdır. Bu adamlar o qədər yaraşıqlıdır ki, onlara Hollivuda gedib film ulduzu ola biləcəklərini dedim. Onlara da öz işlərini sevdiklərini dedilər”, - dövlət başçısı dilə gətirib.
XƏBƏR LENTİ