15:23 Oxunub: 248

İcra başçısının həbsindən sonra Prezidentdən növbəti xəbərdarlıq – Video

İcra başçısının həbsindən sonra Prezidentdən növbəti xəbərdarlıq – Video

Prezident İlham Əliyev dünən pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə icra başçılarına xəbərdarlıq edib və əks halda qanunauyğun olaraq cəzalanacaqlarını bildirib.
Bizimyol.info-nun xəbərinə görə, dövlət başçısı bildirib ki, hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır.
"İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq",-deyə Prezident bildirib.
Qeyd edək ki, dövlət başçısı aprel ayında Nazirlər Kabinetinin iclasında, oktyabrın 31-də yeni icra başçıları Elnur Rzayev və Anar Tağıyevi, noyabr ayında isə Bakı meri Eldar Əzizovu qəbul edərkən icra başçılarına xəbərdarlıq edib.
Xəbər verildiyi kimi dekabrın 18-i Ağstafa icra başçısı Nizaməddin Quliyev, müavini Ramiz Tatarov və Yevlaxın sabiq başçısı Qoca Səmədov saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Prezident İlham Əliyevin müşavirədəki çıxışını təqdim edirik:

XƏBƏR LENTİ