14:34 Oxunub: 249

F1 Azərbaycan Qran Prisi ilə bağlı keçirilən videoreportaj müsabiqəsinin əhatə dairəsi genişləndirilir

F1 Azərbaycan Qran Prisi ilə bağlı keçirilən videoreportaj müsabiqəsinin əhatə dairəsi genişləndirilir

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) “Formula 1 Dünya Çempionatının 70 illiyi” və “Formula 1 Azərbaycan Qran Prisinin 5 illiyi” münasibətilə keçirdiyi videoreportaj müsabiqəsində artıq bloqerlər də iştirak edə bilərlər. Bu dəyişikliyə müsabiqə ilə bağlı əməliyyat şirkətinə bloqerlərdən gələn çoxsaylı müraciətlər səbəb olub.
Əməliyyat şirkəti artan rəqabəti nəzərə alaraq müsabiqənin daha səmərəli şəkildə baş tutması üçün əvvəl elan etdiyi qaydalarda bəzi dəyişikliklər edərək müsabiqə şərtlərini yeni vəziyyətə uyğunlaşdırıb.

Müsabiqənin müddəti 31 yanvar 2020-ci il tarixinədək uzadılıb. Müsabiqəyə qatılmaq istəyənlər hazırladığı məhsulunun yayımlanmış nüsxəsini elektron formada və mümkünsə müvafiq vebsəhifəyə keçidlə birlikdə media@bakugp.az email ünvanına “Multimedia müsabiqəsi” başlığı ilə göndərməlidirlər.

İştirakçılardan müsabiqəyə müraciət edərkən aşağıdakı qaydalara tam əməl etmələri xahiş olunur.

Müsabiqədə iştirak qaydaları:

✔ Yalnız yerli televiziya jurnalistləri və bloqerlər iştirak edə bilərlər.

✔ Müsabiqəyə videoreportajlar iki nominasiya üzrə qəbul olunur: İnformativ və Layfstayl. Həm jurnalistlər, həm də bloqerlər hər iki nominasiya üzrə işləri tədqim edə bilərlər.

✔ İnformativ reportajlar deyildikdə xəbər xarakterli, analitik və faktlara əsaslanan materiallar nəzərdə tutulur. Layfstayl reportajlarına isə Formula 1-in insan həyatına, mədəni və sosial vəziyyətinə təsiri haqda hazırlanmış materiallar daxildir.

✔ Müraciət zamanı hər bir materialın hansı nöminasiya üzrə təqdim olunduğu mütləq qeyd olunmalıdır.

✔ Videomaterial Azərbaycan və ya Rus dilində olmalıdır.

✔ Uzunluğu 2-3 dəqiqə arasında olmalıdır.

✔ Yalnız müsabiqə elan olunduqdan sonra hazırlanan videoreportajlar qəbul olunur.

✔ Videoreportaj müsabiqəyə təqdim olunmazdan əvvəl hər hansı bir telekanalda və ya internet məkanında yayımlanmalıdır.

✔ Həm jurnalistlər, həm də bloqerlər arasında qaliblər elan olunacaqlar.
XƏBƏR LENTİ