10:50 Oxunub: 231

Ançelotti Premyer Liqa klubu ilə razılıq əldə etdi

Ançelotti Premyer Liqa klubu ilə razılıq əldə etdi

"Napoli"nin istefaya göndərdiyi Karlo Ançelottinin işsiz günləri qısa sürəcək.
Azerbaycaninsesi.com goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Everton"u çalışdırmağa yaxındı.
Britaniya mətbuatının yaydığı məlumata görə, Marko Silvanı istefaya göndərəndən bəri baş məşqçi axtarışında olan "Everton" məhz Ançelotti ilə razılığa gəlib. Prinsipial razılıq əldə edən tərəflər tezliklə rəsmi müqaviləyə imza atacaqlar. Ançelottinin hətta danışıqlar üçün Liverpul şəhərinə yollandığı bildirilir.

Qeyd edək ki, "Everton" Premyer Liqada 17 turdan sonra 18 xalla 16-cı pillədə qərarlaşıb.
XƏBƏR LENTİ