17:07 Oxunub: 247

İlham Əliyevdən 15,4 milyon manatlıq SƏRƏNCAM

İlham Əliyevdən 15,4 milyon manatlıq SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xaçmaz rayonunun Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, On iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsasiı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 15,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
XƏBƏR LENTİ