10:00 Oxunub: 235

Daha bir partiya parlament seçkilərində iştirak edəcəyini açıqladı

Daha bir partiya parlament seçkilərində iştirak edəcəyini açıqladı
Bu gün Böyük Quruluş Partiyası (BQP) Ali Məclisinin iclası keçirilib

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda 2020-ci il fevralın 9-na təyin olunan Milli Məclisə növbədənkənar seçkilərdə Böyük Quruluş Partiyasının iştirakının məqsədə uyğunluğu haqqında qərar qəbul edilib.

Ali Məclis üzvləri partiyanın başqanı Fazil Qəzənfər oğlu Mustafanın 26 saylı Sabunçu I Seçki Dairəsi üzrə Milli Məclisin deputatlığına namizədliyini irəli sürüblər.
Məclisdə 65 seçki dairəsindən deputalığa namizədlər də müəyyən edilib.

Bununla yanaşı, partiyanın səlahiyyətli nümyəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri də təyin olunub.(APA)
XƏBƏR LENTİ