18:09 Oxunub: 214

Vasif Talıbov onların maaşlarını 50 faiz artırdı

Vasif Talıbov onların maaşlarını 50 faiz artırdı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Banker.az xəbər verir ki, sərəncamla Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq etməlidir. 2019-cu il dekabrın 1-dən fəaliyyətini təmin etməlidir.
Nazirlər Kabineti icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Ordubad Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il dekabrın 1-dən 50 faiz artırılmasını təmin etməlidir.
Bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Ordubad Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilsin.
XƏBƏR LENTİ