10:53 Oxunub: 222

Müşviqin 145 minlik evi əlindən alındı?

Müşviqin 145 minlik evi əlindən alındı?
"Bu şəhərdə" komandasının ssenaristi Müşviq Abbasov mənzil qalmaqalı ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, o, evinin qanunsuz əlindən alındığını iddia edib:


"Görəsən, bu şəhərdə yalnız məndən, yoxsa hamıdan əlində dövlət notariusunun təsdiqlədiyi alqı-satqı ilə mənzil alandan, Dövlət Əmlak Komitəsinin verdiyi çıxarışı (kupçası) ola-ola, 4 il məhkəmələrdə sürünəndən, vəkillərə pullar xərcləyənəndən sonra bir ömür pul yığıb aldığı evini-mülkünü alıb kiməsə verirlər? Yoxsa hər şəhərdə, hamıda belədir? Allah xalqımızı mərdimazardan, ev yıxandan, fahişənin şərindən qorusun".

Qeyd edək ki, M.Abbasovun illər əvvəl aldığı 145 min dollarlıq evini sahibi əlindən almağa çalışıb. "Sən demə, mənim 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı Gülruxun adına alıb. Alandan 3-il sonra Taleh dünyasını dəyişib. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib. Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak komitəsi ona əsasən mənə çıxarış verib. İndi 6 ildən sonra hakim deyir ki, evi qaytar" deyə, o, söyləmişdi.

Bir neçə gün əvvəl Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv etmişdi.
XƏBƏR LENTİ