11:38 Oxunub: 222

Ən yaxşı yığma məşqçilərinin SİYAHISI

Ən yaxşı yığma məşqçilərinin SİYAHISI

Milli komandalarda çalışan məşqçilər arasında ən yaxşılar müəyyənləşib.

Azerbaycaninsesi.com.az ın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ölkələrdəki nümayəndələri arasında keçirdiyi sorğunun yekunlarını açıqlayıb.

Portuqaliya yığmasının çalışdırıcısı Fernandu Santuş ilin ən yaxşısı olub. Komandası ilə Millətlər Liqasının qalibi olan mütəxəssis 112 xal toplayıb.

Braziliya millisinin çalışdırıcısı Tite 102 xalla 2-ci yeri tutub. Belçika yığmasının ispan məşqçisi Roberto Martines 97 xalla ilk “üçlüy”ü qapayıb.

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş də ən yaxşılar siyahısında yer alıb. 4 xal toplayan mütəxəssis 16-cı yeri tutub.

Qeyd edək ki, respondentlər ümumilikdə 25 çalışdırıcıya səs veriblər.//Apa.az
XƏBƏR LENTİ