17:52 Oxunub: 259

Hər kəs "Facebook"dakı bu qrupdan danışır – Ehtiyacın olanı pulsuz alırsan

Hər kəs "Facebook"dakı bu qrupdan danışır – Ehtiyacın olanı pulsuz alırsan

Sosial şəbəkədə yeni açılan qrup bir çox insanın marağına səbəb olub.

Yeniavaz.com xəbər verir ki, "Facebook”da "İşlətmirəm, sənin olsun” adlı yeni qrup fəaliyyətə başlayıb. Belə ki, qrupun əsas məqsədi ehtiyacı olanlara yardım etməkdir. Qrup iştirakçıları istifadə etmədikləri istənilən əşyanı paylaşaraq, ehtiyacı olan şəxslərə təmannasız təklif edirlər. Bura kitab, məişət əşyaları, geyim, ev heyvanları və hətta elektron əşyalar da daxildir.

Bundan başqa, əgər sizin də hər hansı bir əşyaya və ya geyimə ehtiyacınız varsa qrupa üzv olub istəklərinizi qeyd edə bilərsiniz.
Bu nümunəvi addım qısa zamanda hər kəsin marağına səbəb olub.
XƏBƏR LENTİ