11:54 Oxunub: 201

SON DƏQİQƏ: İranda vəziyyət daha da ağırlaşdı - İnsanlar küçələrə axışıb...

SON DƏQİQƏ: İranda vəziyyət daha da ağırlaşdı - İnsanlar küçələrə axışıb...
İranda benzinin bahalaşması ilə bağlı etiraz aksiyaları davam edir.
Redaktor.az xəbər verir ki, daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli əhaliyə xəbərdarlıq edib. Nazir bildirib ki, artıq təhlükəsizlik qüvvələri heç nəyə göz yummayacaq. O, indiyə qədər polislərin insanlarla təmkinlə davrandığı bildirib"Bu ana qədər etirazçılara göz yumulurdu. Lakin onlar bəzi şəhərlərdə xoşagəlməz addımlar atdılar. Bu halların davam edəcəyi təqdirdə, polis və təhlükəsizlik orqanlarına təmkinə son verib, lazım olan tədbirləri görməklə bağlı göstəriş verilib".
İranın bütün bölgələrində internetə çıxış məhdudlaşdırılıb. Hazırda İran daxilində fəaliyyət göstərən bir çox media qurumunun, eləcə də dövlət idarələrinin saytına daxil olmaq mümkün deyil. Mobil operatorlar yerli vaxtla saat 18:00-dan internet xidmətini dayandırıb.
Qeyd edək ki, hazırda İranın 50-dən çox şəhərində xalq benzinin qiymətinin 3 dəfə bahalaşmasına qarşı etiraz aksiyası keçirir.
XƏBƏR LENTİ