12:54 Oxunub: 198

Jalüzdən istifadə edən sürücülərin nəzərinə: Bu halda cərimələnəcəksiniz!

Jalüzdən istifadə edən sürücülərin nəzərinə: Bu halda cərimələnəcəksiniz!

Noyabrın 16-dan avtomobildə jalüz və pərdələrə icazə başa çatır.
Oxu.Az-ın məlumatına görə, isti hava şəraiti nəzərə alınaraq, avtomobillərdə yalnız standart pərdə və jalüzlərin istifadəsinə mayın 1-dən noyabrın 15-ə qədər icazə verilir.
Noyabr ayının 16-dan isə bu müddət başa çatır.
Qeyd edək ki, noyabr ayının 15-dən sonra sürücülər jalüz və “ştorka”ların yığışdırılmaması halına görə 150 manat cərimə nəzərdə tutulub.
XƏBƏR LENTİ