11:57 Oxunub: 226

Azərbaycanda 28 nəfər saxlanıldı - Cinayətə görə

Azərbaycanda 28 nəfər saxlanıldı - Cinayətə görə

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 8-də törədilən 17 cinayətin üstü "isti izlər"lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə, ümumilikdə, 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
XƏBƏR LENTİ