16:18 Oxunub: 249

Fatimə həyat yoldaşına görə intihara cəhd edib

Fatimə həyat yoldaşına görə intihara cəhd edib

“Həyatımdan kitab yazsam, gərək, onu əlində dəsmalla oxusunlar. Nağılabənzər kitabım var. Tam xoşbəxt deyiləm. O zaman olardım ki, oturardım, pul oradan-buradan gələrdi”.

Axşam.az xəbər verir ki, bu sözləri “Lider maqazin” proqramında rəqqasə Fatimə Fətəliyeva söyləyib.

Sənətçi bildirib ki, keçmiş həyat yoldaşına olan sevgisi onu intiharadək sürükləyib:

“Vaxt olub ki, 40-a yaxın dərman içib, özümü öldürmək istəmişəm. Rəfiqəmin anası olmasaydı, indi ölmüşdüm. Səbəbi isə sevgi olub. Onu sevdiyimə görə peşman deyiləm. Allah o sevgidən mənə gözəl oğlan bəxş edib”.

Qeyd edək ki, Fatimə Fətəliyeva ikinci dəfə Xəyal adlı şəxslə ailə qurub. Cütlüyün bu nikahdan Hüseyn adlı oğlan övladı, rəqqasənin birinci evliliyindən isə Aydan adlı qızı var.
XƏBƏR LENTİ