14:12 Oxunub: 261

“Terminator: Qaranlıq talelər” Şimali Amerikada bilet satışından əldə edilən gəlirə görə filmlər arasında liderdir

“Terminator: Qaranlıq talelər” Şimali Amerikada bilet satışından əldə edilən gəlirə görə filmlər arasında liderdir
Linda Hamilton və Arnold Şvartseneggerin iştirakı ilə Ceyms Kameronun “Terminator: Qaranlıq talelər” savaş filmi Şimali Amerikada bilet satışından əldə edilən gəlirə görə ekran əsərləri arasında liderdir. “BoxOfficeMojo.com” saytında dərc edilən məlumata görə, bu istirahət günlərində ekranlara çıxarılan film artıq 29 milyon dollar qazanıb.

AZƏRTAC xəbər verir ki, ikinci yerdə 13,9 milyon dollar qazanan “Coker” filmidir. Onun ardınca üçüncü yerdə “Malefisenta: Zülmətin hökmdarı” (12,2 milyon dollar), dördüncü yerdə “Qarriyet” (12 milyon dollar) və beşinci yerdə “Addams ailəsi” (8,5 milyon dollar) cizgi filmi gəlir.

“Terminator: Qaranlıq talelər” bu silsilədən olan altıncı filmdir. Ekspertlərin proqnozlarına görə, film Şimali Amerikada ilk günlərdə orta hesabla 40 milyon dollar qazanmalıdır. Kino tənqidçilərinin fikrincə, büdcəsi 180 milyon dollar təşkil edən bu ekran əsəri üçün 29 milyon çox az məbləğdir.
XƏBƏR LENTİ