08:55 Oxunub: 245

Ağdamda at arabası aşıb, ölən var

Ağdamda at arabası aşıb, ölən var

Ağdam rayonunda ölümlə nəticələnən nəqliyyat hadisəsi baş verib.

Azerbaycaninsesi.com.az-ın report.az istinadən verdiyi məlumata görə, hadisə rayonun Xındırıstan kəndində qeydə alınıb.

Kənd sakini Əli Hətəmovun sürdüyü at arabası aşıb. Nəticədə o, ağır xəsarətlər alaraq ölüb. Ə.Hətəmovun meyiti Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ