16:09 Oxunub: 226

Rusiyada tanker partladı: ölənlər var

Rusiyada tanker partladı: ölənlər var



Göyərtədə, ümumilikdə, 12 nəfər olub



Rusiyada Naxodka dəniz limanında "Amerika körfəzi" tankerində partlayış baş verib.



AYNA "Report"a istinadən xəbər verir ki, yük göyərtəsində hava-qaz qarışığının partlaması nəticəsində iki nəfər ölüb.



Qeyd olunur ki, göyərtədə, ümumilikdə, 12 nəfər olub. Hazırda 1 nəfər itkin düşüb, axtarış tədbirləri həyata keçirilir. Gəmidə yanğın olmayıb. Faktla bağlı cinayət işi açılıb.
XƏBƏR LENTİ