09:52 Oxunub: 267

Türkiyə Azərbaycan qazının idxalını 35% artırıb

Türkiyə Azərbaycan qazının idxalını 35% artırıb

Bu ilin yanvar-avqust aylarında Türkiyə Azərbaycandan 6,04 mlrd. kubmetr həcmində qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,1% çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, Türkiyə ötən ilin yanvar-avqust aylarında Azərbaycandan 4,47 3,83 mlrd. kubmetr qaz idxal edib.

Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur ki, yanvar-avqust aylarında bu ölkədən Türkiyəyə təxminən 10,62 mlrd. kubmetr "mavi yanacaq" ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 4,52 mlrd. kubmetr qaz nəql edib.

Qeyd edək ki, ötən dövr ərzində Türkiyənin qaz idxalı 25,43 mlrd. kubmetr təşkil edib.
XƏBƏR LENTİ