14:25 Oxunub: 165

Kubokun finalı bu stadionda ola bilər

Kubokun finalı bu stadionda ola bilər

2019-2020 mövsümü Azərbaycan kubokunun final oyunu "Əlincə Arena"da ("Bank Respublika Arena") ola bilər.

Bu barədə Qol.az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. Onun sözlərinə görə, həlledici matçın "Sabah"ın ev oyunlarını keçirdiyi stadionda olacağı nəzərdə tutulub.

"Biz final matçının bölgələrdə keçirilməsinin tərəfdarıyıq. Gəncədə olsa, daha yaxşı olardı. Ancaq orada bunun üçün şərait yoxdur. Stadion rəhbərliyi ilə danışmışıq. Onlar da finalın "Əlincə Arena"da keçirilməsini istəyir. İşıqlandırma sistemindəki çatışmazlığı aradan qaldırmağa çalışırlar. Hər halda final üçün "Əlincə Arena" nəzərdə tutulub".

Qeyd edək ki, Azərbaycan kubokunun finalı 2020-ci il, mayın 16-da keçiriləcək.
XƏBƏR LENTİ