17:08 Oxunub: 236

Rüşvət alan vəzifəlilərin məhkəməsindən YENİ XƏBƏR

Rüşvət alan vəzifəlilərin məhkəməsindən YENİ XƏBƏR



Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rüşvət almaqda təqsirləndirilən əməkdaşları Elvin Nağıyev və Araz Qazıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.


APA -nın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxslərin hər birinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses oktyabrın 31-də davam edəcək.
Qeyd edək ki, Agentliyin Bakı regional bölməsinin heyvan sağlamlığı və baytarlıq nəzarəti bölməsinin sektor müdiri Elvin Nağıyev həmin sektorun məsləhətçisi Araz Qazıyev ilə cinayət əlaqəsinə girərək paytaxtın Binəqədi rayonu ərazisində qanunsuz heyvan kəsimi ilə məşğul olan Röyal Əliyevin istifadəsində olan ət mağazasının fəaliyyətinin məhdudlaşdırılmamasından ötrü 150 manat alıb.
Həmçinin ittihamda onların eyni məqsədlə Sabunçu rayonu ərazisində yerləşən Zeytun emalı zavodunun ərazisində antisanitar şəraitdə quş kəsimi ilə məşğul olan Taleh Bəbirovdan 300 manat məbləğində rüşvət almаları da qeyd edilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həmin vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.
E.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs, A.Qazıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
XƏBƏR LENTİ