11:37 Oxunub: 227

Riberi hakimi itələdi - Ağır cəza gözləyir

Riberi hakimi itələdi - Ağır cəza gözləyir
“Fiorentina”nın futbolçusu Frank Riberiyə ağır cəza verilə bilər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb 36 yaşlı yarımmüdafiəçinini A Seriyasının 9-cu turunda evdə “Latsio”ya uduzduqları oyundan (1:2) sonra köməkçi hakimi itələməsi olub.

İtaliya mətbuatı iddia edir ki, oyun bitdikdən sonra qırmızı vərəqə alan təcrübəli futbolçuya hakimi itələdiyi üçün bir neçə oyunluq cəza veriləcək.

Qeyd edək ki, F. Riberi bu mövsüm Florensiya klubunun heyətində çıxdığı 8 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.
XƏBƏR LENTİ