15:13 Oxunub: 212

"Əmin edirik ki, qış aylarında içməli su ilə bağlı heç bir problem olmayacaq"-Anar Cəbrayıllı

"Əmin edirik ki, qış aylarında içməli su ilə bağlı heç bir problem olmayacaq"-Anar Cəbrayıllı

Havalar soyusa belə, əhali əvvəlki qaydada içməli su ilə təmin ediləcək.
Bu barədə Sonxeber.az-a "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. O, bildirib ki, qurum qışa demək olar ki, tam hazırdır:
"Su və kanalizasiya infrastrukturu qışa tam hazırdır. Bununla bağlı hər hansı fəsadın baş verəcəyi ehtimal olunmur. Bu sahədə hər hansı bir problemin yaranacağını düşünmürük. Bizdə mövsümlə bağlı hazırlıqlar aparılmır, çünki tədbirlər fasiləsiz, gündəlik olaraq həyata keçirilir. 24 saatlıq rejimlə fəaliyyət göstərdiyimizə görə, bu rejim bizə imkan verir ki, bütün fəsillərə daim hazır olaq. Xüsusi olaraq qışa hazırlıq proqramımız yoxdur. Xətlərin dəyişdirilməsi, təmiri və yeni xətlərin çəkilməsi ilin bütün fəsillərində davam edir. Vətəndaşları əmin edirik ki, qış aylarında içməli su ilə bağlı heç bir problem yaranmayacaq".
XƏBƏR LENTİ