14:50 Oxunub: 229

Azərbaycan startaplarının dünya bazarına çıxışının təşkilinə dair BMT ilə müzakirələr aparılıb

Azərbaycan startaplarının dünya bazarına çıxışının təşkilinə dair BMT ilə müzakirələr aparılıb
Azərbaycan startaplarının dünya bazarına çıxışının təşkilinə dair BMT ilə müzakirələr aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 26-da nazir Ramin Quluzadə ilə BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Mukhisa Kituyi İnnovasiyalar Agentliyində görüşüb. Görüşdə “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə əməkdaşlığa dair Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının Birgə Bəyanatı” imzalanıb.

Həmçinin qarşılıqlı əməkdaşlıq perspektivləri, yerli startapların dünya bazarına çıxışının təşkili məsələləri müzakirə olunub.

Daha sonra UNCTAD-ın baş katibi M.Kituyi startaplarla görüşüb. İnnovasiyalar Agentliyinin “Barama” Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin, eyni zamanda, Azərbaycanın innovasiya ekosistemində fəaliyyət göstərən startapçılar tədbirdə öz layihələrinin təqdimatını keçirib.

Qonaqlara “Barama”nın yeni akselerasiya proqramına başlaması haqqında məlumat verilib. Bildirilib ki, proqramın qalibləri 12 həftə boyunca müxtəlif texniki, maddi, hüquqi, maliyyə xidmətləri alacaq, onlara dövlət və özəl sektor qurumları ilə müqavilələrin imzalanması və satışlarının həyata keçirilməsi üçün dəstək göstəriləcək. Proqramın son mərhələsində isə seçilmiş layihələrə investisiya cəlb olunmasına köməklik göstəriləcək.
XƏBƏR LENTİ