17:13 Oxunub: 271

“I am Jazzman” müsabiqəsinin iştirakçıları mükafatlandırılıb

“I am Jazzman” müsabiqəsinin iştirakçıları mükafatlandırılıb

Beynəlxalq Muğam Mərkəzində “Bakı Jazz” Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən gənc ifaçıların “I am Jazzman” müsabiqəsinin iştirakçılarının qala-konserti və qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə gənc ifaçılar vokal imkanlarını nümayiş etdiriblər. Rusiya, Ukrayna və Azərbaycanın gənc vokal ifaçıları birlikdə çıxış edərək, dünyaca məşhur caz ustalarının əsərlərini və milli caz kompozisiyalarını səsləndiriblər.

Konsertdə vokal ifalarla yanaşı, skripka, piano, gitara və başqa musiqi alətlərində instrumental caz improvizələr də təqdim edilib.

Sonda gənc caz ifaçılar festivalın direktoru Leyla Əfəndiyeva və münsiflər heyətinin sədri Rauf Əliyev tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.
XƏBƏR LENTİ