20:52 Oxunub: 217

Sabah bir neçə rayonda qaz olmayacaq

Sabah bir neçə rayonda qaz olmayacaq
Oktyabrın 16-da 09:00-dan Qaz İxrac İdarəsi "Sulutəpə” Qazpaylayıcı Stansiyasında bəzi quraşdırma, digər stansiyalarda isə yenidənqurma işləri aparmağı planlaşdırır.

"Azəriqaz” İstehsalat Birliyindən Anews.az-a verilən məlumata görə, bu müddət ərzində Binəqədi rayonunun Biləcəri, Xocasən qəsəbələrində, Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilə yaranacaq.

Bundan başqa, saat 10:00-dan işlər başa çatanadək Sabunçu rayonunun Pirşağı, Nardaran, Bilgəh qəsəbələri və 2-ci sovxoz yaşayış massivində də qaz təchizatında müvəqqəti dayandırmalar olacaq. Həmin vaxt diametri 530 millimetr olan "Digah-Bilgəh" orta təzyiqli qaz xəttinin bir hissəsi diametri 500 millimetrlik polietilen boru kəməri ilə əvəz olunacaq.
XƏBƏR LENTİ