19:31 Oxunub: 241

ABŞ İranla bağlı ciddi HƏRƏKƏTƏ KEÇDİ - Zərbələr endiriləcək

ABŞ İranla bağlı ciddi HƏRƏKƏTƏ KEÇDİ - Zərbələr endiriləcəkYaxın Şərqin qaynayan yarası olan İraq yenidən daxili etirazlar burulğanına məruz qalıb.

Redaktor.az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə İraqda gedən etirazların pərdəarxası məqamlarına aydınlıq gətirib.

Politoloq hesab edir ki, İranın İraq üzərində hər keçən gün təsiri artır:

“Əhali korrupsiya, çətin sosial vəziyyətdən həmçinin İranın bu ölkədə təsir gücünün artmasından etiraz edirlər. Hökumətin sərt tədbirlər görməsi etirazları səngitmir. Burada xarici oyunçunun olması istisna deyil. İranın İraqda artan təsirinə nüfuzlu din xadimləri də narahatlıqlarını dilə gətirirlər. 2003-cü ildən İraqda oturuşan ABŞ Tehranın İraqda mövqeyini güclənməsinin qarşısını almağa başlayıb. İsrailin "Haşdi-Şabi" qüvvələrinə aviazərbəsi, rəsmi Bağdadın İran koalisiyasına qoşulmaması, hətta İranın bu ölkədə qeyri-rəsmi hərbi üstünlükləri inkişaf etdirməsi ABŞ ciddi tədbirlər görməyə sövq edir. Məhz bu etirazlar kortəbii deyil, özü-özlüyündə formalaşmır. Burada etirazlara rəvac verən sosial, siyasi problemlərdə mühüm rol oynayır. Bundan istifadə edən Vaşinqton çalışacaq ki, rəsmi Bağdadın İran siyasətinin qarşısını alsın. İranın İraqda, Yəməndə, Suriyada güclənməsi Səudiyyə Ərəbistanı başda olmaqla digər ərəb ölkələrini narahat edir. Ona görə də məhz şiələr vasitəsilə İraq da baş verən etirazlar geosiyasi müharibənin bir parçasıdır”.



Politoloq vurğulayıb ki, ərəb ölkələri və ABŞ İranın İraqda güclənməsinin qarşısını almaq almaq üçün ciddi hərəkətə keçiblər:

“İran buna cavab olaraq yenidən Husilər vasitəsilə Səudiyyəyə zərbələr endirəcək”.
XƏBƏR LENTİ