16:09 Oxunub: 275

Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin ildönümü Gürcüstanda qeyd edilib

Ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin ildönümü Gürcüstanda qeyd edilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 26-cı ildönümü qonşu Gürcüstanda qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin və konsulluğun əməkdaşları oktyabrın 3-də Ulu Öndərin səfirlikdəki büstü önünə əklil və gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.

Sonra səfir və səfirliyin əməkdaşları Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri düzüblər.

Dursun Həsənov Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərindən, o cümlədən müasir müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmlənməsindəki misilsiz rolundan danışıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi
XƏBƏR LENTİ