14:34 Oxunub: 242

Maaşı 1000 manatdan çox olan nə qədər müəllim var? - RƏSMİ

Maaşı 1000 manatdan çox olan nə qədər müəllim var? - RƏSMİ

Son illərdə müəllimlərin aylıq vəzifə maaşı 2 dəfə, cari ilin sentyabrın 1-dən isə əlavə olaraq orta hesabla 20 faiz artırılıb.



Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.



Qeyd olunub ki, aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfərə çatıb:

“2019-2020-ci tədris ili üzrə daha 30 min müəllimin müasir elmi-metodik məzmunlu və praktik ixtisasartırma proqramlarına cəlbi nəzərdə tutulur.

Cari ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə 3 dəfədən çox artaraq təqribən 55 min olub”.



Rəsmi məlumata görə, Ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib.
XƏBƏR LENTİ