14:04 Oxunub: 228

Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır

Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır

Azərbaycanda müvəqqəti idarəetmə qurumu yaradılır.



Sonxeber.az xəbər verir ki, bununla bağlı "Ələt azad iqtisadi zonası haqqında" qanuna dəyişiklik təklif edilir.

Təklifə əsasən, qanuna "Keçid müddəaları" adlı yeni 32-ci maddə əlavə olunacaq. Bu maddəyə görə, qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.

Layihə Milli Məclisin sentyabrın 30-da keçirilən ilk plenar iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.
XƏBƏR LENTİ