16:00 Oxunub: 247

Xalq artistlərinin bacısının əri faciəli şəkildə öldü - YENİLƏNİB

Xalq artistlərinin bacısının əri faciəli şəkildə öldü - YENİLƏNİB

Yevlaxda baş verən yol qəzasında ölən şəxs Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovaların qohumudur.
APA -nın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən Möhsün Məmmədkərimov Gülyanaq və Gülyaz Məmmədovaların bacısının əridir. Qəza baş verən avtomobildə M.Məmmədkərimovun 2 övladı da olub. Onlar xəstəxanaya yerləşdiriliblər.
***
Saat 11:15
Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Xanabad kəndi ərazisində qeydə alınıb. “VAZ-2106” markalı maşın “Pikap” tipli avtomobillə toqquşub. Qəza nəticəsində Şəki rayon sakini, 1966-cı il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Şəki rayon sakinləri - 1986-cı il təvəllüdlü Məmmədkərimov Əli Mövsüm oğlu, 1991-ci il təvəllüdlü Məmmədkərimov Mahal Mövsüm oğlu, 1988-ci il təvəllüdlü Pirməmmədov Turan Namiq oğlu və 1991-ci il təvəllüdlü Orxan Allahverdiyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.
XƏBƏR LENTİ