13:45 Oxunub: 200

“Afaq belə ərə getməkdənsə, gözləsə yaxşıdı...”

“Afaq belə ərə getməkdənsə, gözləsə yaxşıdı...”
Xəbər verdiyimiz kimi müğənni Afaq Aslana efirdə evlilik təklifi edən gənc oğlan “yox” cavabı aldıqdan sonra ağlayaraq ürəyi gedib.

Bəs görəsən Afaq Aslan niyə hər dəfə bu təkliflərə yox deyir?

Moderator.az-ın sualını cavablandıran müğənni Əli Mirəliyev Afaq Aslana hələ evlənmək üçün tələsməməyi tövsiyə edib:

“Vallah Afaq niyə ərə getmir bilmirəm, amma haçansa qisməti qarşısına çıxacaq. Afaq belə ərə getməkdənsə, gözləsə yaxşıdı. Çünki gözləyəndə insan öz istəyinə çatır. İndi bu oğlan doğrudanmı efirə gəlib, yoxsa bunu təşkil ediblər, onu deyə bilmərəm. Yenə Allah Afaqın ürəyinə görə versin. Gözəl cazibədar xanımdı”.
XƏBƏR LENTİ