09:16 Oxunub: 276

“Müfəttiş” nümayiş ediləcək

“Müfəttiş” nümayiş ediləcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında N.V.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan ikihissəli “Müfəttiş” tamaşası nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, oktyabrın 10-da təqdim olunacaq səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Tamaşa Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Səhnə əsərində Xalq artistləri Rafael Dadaşov, Ramiz Novruz, Rafiq Əzimov, Əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov, Elxan Quliyev və digərləri çıxış ediblər.

Tamaşanın zəngin səhnə dekorasiyası, aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.
XƏBƏR LENTİ