11:47 Oxunub: 155

Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq

Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq

Bakı şəhərinin Baş planının hazırlanması işləri 2020-ci ilin sonlarınadək yekunlaşacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud sentyabrın 19-da Bakıda keçirilən “Caspian Energy Forum – 2019”da deyib.

“Komitə tərəfindən respublikanın 51 şəhərinin Baş planı hazırlanıb. Bunlardan 42-si artıq təsdiqlənib. Doqquz şəhərin Baş planının yaxın illərdə təsdiqlənməsi gözlənilir”, - deyə R.Mahmud qeyd edib.
XƏBƏR LENTİ