16:26 Oxunub: 222

Bakıda Albert Aqarunova heykəl qoyuldu

Bakıda Albert Aqarunova heykəl qoyuldu
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunova Bakıda heykəl qoyulub.

Bu barədə Moderator.az-a Bakı Şəhər İcra Hakmiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

Onun sözlərinə görə, heykəl paytaxtın Nərmanov rayonu ərazisində qoyulub:

"Heykəl elə Albert Aqarunov küçəsində ucaldılıb".

Qeyd edək ki, Milli Qəhrəman 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
XƏBƏR LENTİ