14:23 Oxunub: 238

Tramp köməkçisini qovdu — Şəxsi sirlərini yayırmış

Tramp köməkçisini qovdu — Şəxsi sirlərini yayırmış

ABŞ prezidenti Donald Tramp şəxsi köməkçisi Madlen Vesterhautı (Madeleine Westerhout) işdən qovub.
Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, köməkçinin otağı Ağ Evdə prezidentin Oval otağı ilə üz-üzə olub. Trampın köməkçisinə sentyabrın 30-dan etibarən işə gəlməsi qadağan olunub.

Prezident köməkçisinin gözlənilməz istefasına səbəb Trampın onun razılaşdırılmamış bir sıra məlumatları jurnalistlərlə paylaşması olub. Xüsusən də Nyu-Cersi ştatına səfəri zamanı qeyri-rəsmi şam yeməyi, şəxsi həyatı və dövlət başçısı kimi Oval kabinetindəki işi barədə məlumatları paylaşması Trampı qəzəbləndirib. Köməkçiyə göstərilən etimadı doğrultmaması nəticədə belə ağır cəza ilə sonuclanıb.
XƏBƏR LENTİ