18:03 Oxunub: 239

Tərtər sakininin əlində mərmi partlayıb

Tərtər sakininin əlində mərmi partlayıb

Tərtərdə 55 yaşlı kişinin əlində hərbi sursat patlayıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib. Hərbi sursatın partlaması nəticəsində ağır yaralanan Abbasov Fikrət Musa oğlu Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.
XƏBƏR LENTİ