16:41 Oxunub: 226

“Artım”da növbəti ustad dərsləri memarlıq sənətinə həsr olunub

“Artım”da növbəti ustad dərsləri memarlıq sənətinə həsr olunub

Artım” layihə məkanında yay düşərgəsi çərçivəsində “LE CORBUSIER-Memarlıq” adlı ustad dərsləri keçirilib.

AZƏRTAC xəbər verir ki, avqustun 30-dək davam edəcək proqramda praktik məşğələlər, kino sahəsində naturaların təhlili, həmçinin yeni məkanların yaradılması da yer alır.

Ustad dərslərinin sonunda iştirakçılar hazırladıqları miniatür pavilyonlarında çəkdikləri qısametrajlı filmləri nümayiş etdirəcəklər. Dərslər memar Fəridə Rüstəmova tərəfindən keçirilir.
XƏBƏR LENTİ