15:42 Oxunub: 218

Ermənistanda ZİDDİYƏT ARTIR - Yaxın günlərdə....

Ermənistanda ZİDDİYƏT ARTIR - Yaxın günlərdə....
Ermənistan siyasi elitasında ziddiyyətlər getdikcə dərinləşir.

Bu sözləri analitik Elçin Mirzəbəyli Redaktor.az-a açıqlamasında deyib.

Analitik hesab edir ki, Ermənistanda daxili proseslər getdikcə gərginləşəcək:

“Paşinyanın Qarabağda verdiyi son bəyanatlardan sonra keçmiş hakimiyyətdə təmsil olunan Qarabağ klanına aid bütün siyasilər narahatlıq keçirdiklərini dolayısı yolla bəyan etdilər. Eyni narahatlıq separatçı rejimin təmsilçilərində də var. Bu aspektdən də Serj Sərkisyanın kürəkəni, keçmiş səfir Mikayıl Minasyanın keçirdirdiyi narahatlıq reallığa yaxındır. Yəni, Minasyan öncədən klanın bütün üzvlərinə xəbərdarlıq edir ki, Paşinyan onlara qarşı total hücuma başlayacaq, amma indiki məqamda Sərkisyanın həbs edilməsi Paşinyan tərəfindən ikinci cəbhənin açılmasına gətirib çıxara bilər. Çünki Köçəryanla bağlı proses onsuz da onun mövqelərini kifayət qədər zəiflədib. Eyni zamanda xarici təsir amillərini də çoxaldıb”.



Analitik bildirib ki, Ermənistanda baş verən proseslər bu gün təkcə erməni mediasının deyil, eyni zamanda Rusiya mediasının da diqqət mərkəzindədir:

“Rusiya KİV-lərində Putinin Köçəryanla görüşmə, onu həbsxanada ziyarət etmə ehtimallarından danışılır. Bütün bunlar Paşinyana verilən mesajlar kimi dəyərləndirilməlidir. Yaxın dövrlərdə şübhəsiz ki, Ermənistanda durumun daha da gərginləşəcəyi istisna olunmur. Bunun üçün faktorlar sadəcə olaraq Qarabağ klanı ilə Paşinyan arasında olan qarşıdurma deyil, eyni zamanda Ermənistana investisiyaların cəlb edilməsi ilə bağlı baş nazir Nikol Paşinyanın verdiyi bəyanatların heç bir effektiv nəticə verməməsindən də qaynaqlanır. Eyni zamanda iqtisadiyyatda elan olunan inkişafın olmaması, inflyasiyanın aradan qaldırılması istiqamətində atılan addımların nəticə verməməsi də Paşinyanın mövqlərini kifayət qədər zəiflədib. Çox yaxın günlərdə Ermənistanda əks proseslərin getməsinin şahidi olacağıq”.

E. Mirzəbəyli vurğulayıb ki, Paşinyan indiki şəraitdə Qarabağdakı vəziyyəti dəyişə bilməyəcək:

“Paşinyan Dağlıq Qarabağda separatçı rejimin təmsilçilərinin də etirazla qarşıladığı mitinqdə faktiki olaraq, özünün namizədini qondarma rejimin başına gətirəcəyi ilə bağlı dolayısı mesajlar verdi. Bu mesajlardan biri də faktiki olaraq, Köçəryan və Sərkisyana aid olan qüvvələrə hesablanmış komissiya amili idi. Digər tərəfdən Paşinyan qondarma rejimdə daha öncə hər hansı seçki keçirilmədiyinin də mesajını verdi. Yəni, bütün nəticələrin saxtalaşdırılmaması ilə bağlı səsləndirilən fikirlər klanın nümayəndələrinə ünvanlanmışdı. Çox güman ki, Minasyanın da aktivliyi Paşinyanın Dağlıq Qarabağa son səfərindən və səsləndirdiyi fikirlərdən sonra daha qabarıq şəkildə nəzərə çarpır. Ola bilsin ki, Sərkisyan yenidən öz qüvvələrini aktivləşdirib yenidən işğal altında olan Azərbaycan torpaqlarındakı siyasi mövqelərini möhkəmləndirməklə İrəvan hakimiyyətinə qarşı revanş etmək istəyir”.
XƏBƏR LENTİ