10:19 Oxunub: 218

Suriya Ordusu İdlibin cənub qapısı Xan-Şeyxun şəhərinə çatıb

Suriya Ordusu İdlibin cənub qapısı Xan-Şeyxun şəhərinə çatıb

Suriya Ordusu radikal qruplaşmaların nəzarətində olan İdlib əyalətinin cənub qapısı Xan-Şeyxun şəhərinin qərb darvazalarına çatıb.

SalamNews Suriya mətbuatına istinadla xəbər verir ki, Rusiya və Suriya Hərbi Hava Qüvvələrinin aviazərbələrinin müşayiəti ilə ordu Xan-Şeyxun şəhərinin qərb darvazalarına çatıb.

Məlumata görə Xan-Şeyxun şəhərindən şimala doğru gedən yol və radikal qruplaşmaların istifadə etdikləri koridor asan hədəfə çevrilib.

Başda "ən-Nusra Cəbhəsi" olmaqla müxtəlif qruplaşmalar bölgəyə nə qədər qüvvə cəlb etsələr də Suriya Ordusunun irəliləməsinin qarşısını ala bilməyiblər.

Xan-Şeyxun şəhərinin ordunun nəzarətinə keçməsi ilə şəhərin cənubunda yerləşən 20-ə yaxın qəsəbə və kənd o cümlədən strateji Murik qəsəbəsi də mühasirəyə düşə bilər.
XƏBƏR LENTİ