11:18 Oxunub: 240

Yaxın günlərdə ELAN EDİLƏCƏK - Abituriyentlər MÜTLƏQ OXUSUN

Yaxın günlərdə ELAN EDİLƏCƏK - Abituriyentlər MÜTLƏQ OXUSUN

"Bu il Azərbaycan və rus bölməsi üzrə birgə 58289 nəfər abituriyent və subbakalavr ixtisas seçimini təsdiq edib”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a açıqlamasında bildirib.

Ekspert elektron ixtisas seçimlərini təsdiq edənlərin statistikası barədə də məlumat verib:

"I ixtisas qrupu üzrə 15223 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 15101 abituriyent mübarizə aparacaq. Hazırda 17031 nəfəri ixtisas seçimini təsdiq edib. Onlardan 15765 nəfəri Azərbaycan, 1266 nəfəri isə rus bölməsinin abituriyent və subbakalavrlarıdır.

II ixtisas qrupu üzrə 14181 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 10166 abituriyent mübarizə aparacaq. Hazırda 14044 nəfəri ixtisas seçimini təsdiq edib. Onlardan 12936 nəfəri Azərbaycan, 1108 nəfəri isə rus bölməsinin abituriyent və subbakalavrlarıdır.

III ixtisas qrupu üzrə 11271 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 17465 abituriyent mübarizə aparacaq. Hazırda 18265 nəfəri ixtisas seçimini təsdiq edib. Onlardan 17199 nəfəri Azərbaycan, 1066 nəfəri isə rus bölməsinin abituriyent və subbakalavrlarıdır.

IV ixtisas qrupu üzrə 3710 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 4082 abituriyent mübarizə aparacaq. Hazırda 4460 nəfəri ixtisas seçimini təsdiq edib.Onlardan 4184 nəfəri Azərbaycan, 276 nəfəri isə rus bölməsinin abituriyent və subbakalavrlarıdır.

V ixtisas qrupu üzrə 3462 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 7000-dən çox abituriyent mübarizə aparacaq. Hazırda 5278 nəfəri ixtisas seçimini təsdiq edib. Onlardan 4730 nəfəri Azərbaycan, 548 nəfəri isə rus bölməsinin abituriyent və subbakalavrlarıdır”.

Nəticələrin yaxın zamanlarda elan ediləcəyini bildirən E. Əfəndi vurğulayıb ki, növbəti il ixtisas seçimində diqqətli abituriynetlər diqqətli olmalı və bu il üzrə ixtisaslara müvafiq formalaşmış keçid ballarına, statistik məlumatlara nəzər yetirməlidirlər:

"Bu il bəzi ixtisas qrupları üzrə müsabiqədə iştirak edənlərin sayı mövcud plan yerlərindən daha çoxdur. Ona görə də təxminən 10 mindən çox abituriyent və subbakalavr müsabiqədən kənarda qalacaq. Yəni, ilk turda qəbul ola bilməyəcəklər. II tur boş qalan yerlər üzrə çox az sayda yer qalacaq. Bu baxımdan 10000-dən çox abituriyent və subbakalavrın ali məktəblərə qəbul ola bilməyəcək”.
XƏBƏR LENTİ