11:31 Oxunub: 169

Azərbaycanın peyki pilotun axtarışına qoşulub? - AÇIQLAMA

Azərbaycanın peyki pilotun axtarışına qoşulub? - AÇIQLAMA

Prezidentin 2010-cu il mayın 3-də imzaladığı sərəncamla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edib.

Bu qurumun yaradılmasında məqsəd telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsidir.

Maraqlıdır, peykin imkanlarından istifadə etməklə axtarış əməliyyatına qoşulmaq mümkündürmü? Əgər mümkündürsə, peyk qəzaya uğrayan “MiQ 29” təyyarəsinin axtarış əməliyyatına qoşulub?

Məsələ ilə bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətindən peykin bu cür axtarış əməliyyatlarında birbaşa iştirak etmədiyini bildirilib.

Peykimizin ən böyük imkanlarından biri Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyətləri izləməsidir:

““Azersky” peykindən əldə olunan təsvirlər mütəmadi olaraq ölkənin müdafiə və təhlükəsizlik sahəsində geniş istifadə olunur. Beynəlxalq təcrübədə yalnız günün işıqlı vaxtı çəkiliş imkanına malik olan optik, Yer səthinin məsafədən müşahidə peyklərindən əldə olunan təsvirlər bu tip axtarışlarda birbaşa olaraq istifadə olunmur. Sözügedən hadisənin gecə vaxtı baş verdiyini nəzərə alaraq “Azersky” peykinin təsvirlərindən birbaşa axtarışlarda deyil, axtarış əməliyyatlarının planlaşdırılmasında və nəticələrin qeydiyyatında altlıq kimi istifadə edilə bilər. Bundan əlavə, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən aparılan qeyri-qanuni fəaliyyətlər daimi olaraq “Azersky” peyki vasitəsilə izlənilir və peykdən əldə olunan təsvirlər əsasında monitorinq hesabatlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Həmçinin, “Azersky” peykinin tətbiq sahələri üzrə ayrı-ayrılıqda, kənd təsərrüfatı, ekologiya, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə və turizm sahəsində müxtəlif dövlət qurumları ilə layihələr həyata keçirilir”.
XƏBƏR LENTİ